Jurnalistin appelyasiya şikayəti təmin olunmadı

Jurnalistin appelyasiya şikayəti təmin olunmadı
14 İyul 2016
Mətni dəyiş
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Meydan TV ilə əməkdaşlıqda günahlandırılan jurnalist Aytac Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin şikayəti icraata götürməməyini haqlı sayıb.
Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsi jurnalist Aytac Əhmədovanın ölkədən çıxışına qadağa qoyub. Nəsimi Rayon Məhkəməsində iyunun 14-də keçirilən prosesdə məhkəmə ümumiyyətlə şikayəti icraata götürməkdən imtina etmişdi.
Jurnalistin vəkili Zibeydə Sadıqova bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Aytac Əhmədovanınn ölkədən çıxışına qoyulan qadağadan verilən şikayətimizi təmin etməyib və Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
"Nəsimi rayon məhkəməsi ümumiyyətlə, bizim şikayəti icraata qəbul etməkdən imtina etmishdi. Aytac Əhmədovaya ölkədən çıxışına qoyulan qadağa Meydan TV-yə qarşı başlanmış cinayət işi ilə əlaqəlidir".
Vəkil bundan əvvəlki məhkəmə prosesindən sonra bildirmişdi ki, A. Əhmədova şübhə edilən və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmədiyindən onun ölkədən çıxışına qoyulan qadağa qanunsuzdur, jurnalistin sərbəst hərəkət azadlığını pozur, həmçinin, peşə fəaliyyətinə görə əsassız cinayət təqibinə məruz qalmasına şərait yaradır.
   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun