NASA-nın aparatı Yupiterin orbitinə daxil olub

NASA-nın aparatı Yupiterin orbitinə daxil olub
5 İyul 2016
Mətni dəyiş
Yupiter planeti haqqında daha çox məlumat almaq üçün 5 il əvvəl göndərilən NASA-nın "Juno" adlı kosmit aparatı Günəş sisteminin ən böyük planetinin orbitinə daxil olub.
Junonun dünyadan 869 milyon kilometr uzaqlıqda yerləşən Yupiterin orbitinə daxil olması NASA-dakı missiya heyətində böyük həyəcan yaradıb.
Bu aparatın daha öncəkilərdən fərqi ondadır ki, Yupiterin özəyi haqqında geniş məlumat əldə etmək imkanı yarada bilər.
Elm adamları Yupiteri Günəş sisteminin formalaşan ilk planeti olduğunu təxmin edirlər. Buna görə Yupiter haqqında əldə edilən hər yeni məlumat Günəş sisteminin də, planetlərin də formalaşması haqqında yeni bilgilərin əldə edilməsinə kömək edəcək.
Bu günə qədər 2.8 milyar kilometr məsafə qət edən Yuno missiyasını 2018-ci ildə başa vuracaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun