İranda internetə sızan məlumatlar ictimai qəzəb yaradıb

İranda internetə sızan məlumatlar ictimai qəzəb yaradıb
27 İyul 2016
Mətni dəyiş
İnternetdən sızdırılan məlumatlarda bəzi rəsmilərin, ayda 400 dollar maaş alan orta ictimai sektor işçisi ilə müqayisədə 100 dəfə artıq maaş aldığı göstərilir.
Son qərara görə, hökumət rəsmiləri üçün maaş həddi 2630 dollar müəyyən edilib. Dövlət-özəl qarışıq müəssisələrində işləyənlər üçün isə maaş maksimum 5250 dollar müəyyən edilib.
iran pulu
İctimai qəzəb artıq bir neçə bank direktorunun işdən çıxarılmasına səbəb olub.
Onlardan birinə ayda 60 000 dollar ödənirmiş - sızdırılan maaş cədvəllərində göstərilib. Ancaq bu məbləğin aylıq mükafatla birlikdə, yoxsa sırf maaş kimi göstərildiyi aydın deyil.
Müəyyən olunmuş həddən artıq maaş bundan sonra "pozuntu və cinayət" kimi qəbul ediləcək, hökumətin sözçüsü Məhəmməd Bağer bildirib.
Bu mübahisələr həmçinin Prezident Həsən Ruhaninin mühafizəkar tənqidçilərinə, gələn ilki seçkilər öncəsi ona hücum üçün yeni silah vermiş olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun