Higuain rəsmən "Yuventus"da

Higuain rəsmən "Yuventus"da
27 İyul 2016
Mətni dəyiş
"Napoli"nin argentinalı ulduzu Gonzalo Higuainin "Yuventus"a transferi reallaşıb.
Turin şəhərinin təmsilçiləri hücumçu ilə 5 illik müqavilə imzalayıb.
"Juve" ulduz futbolçunun transferi üçün qarşı tərəfə 94 milyon avro təzminat ödəyəcək. 28 yaşlı forvardın bu qiymətə transferi dünya futbolunda bir yeniliyi də öz bərabərində gətirib. Belə ki, Higuainin "ağ-qaralar"a keçidi ilə futbol tarixinin ən bahalı 3-cü transferi reallaşıb.
Xatırladaq ki, ən bahalı transferlər siyahısında ilk pillədə Gareth Bale (100 milyon avro), 2-ci pillədə Cristiano Ronaldo (94 milyon avro)  qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun