Gömrükdən gizlin keçirilən 20 min dollar aşkar olunub

Gömrükdən gizlin keçirilən 20 min dollar aşkar olunub
18 İyul 2016
Mətni dəyiş
Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan 20 500 ABŞ dolları aşkar edilərək götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun