Geyinilə bilən texnologiya nədir?

Geyinilə bilən texnologiya nədir?
24 İyul 2016
Mətni dəyiş
Adından da göründüyü kimi, texnologiyanın gəlib dayandığı son dayanacaq geyiniləbilən texnologiyadır.
Hər hansı bir alətə geyiniləbilən texnologiya demək üçün alətin ağıllı sensorlardan gələn bildirimləri smart telefonlarınıza şunursuz və ya blutuz vasitəsilə bağlanması gərəkir. Bu bilgilər fitness, arıqlama, gündəlik hərəkətlilik və ya işlərinizi tənzimləmə bilgiləri ola bilər.
Smart saatlar, biləkliklər, geyimlər ağıllı telefonlardan sonrakı ən böyük yenilik olaraq qəbul edilir. bu texnologiya tapıntılarının edə biləcəkləri sərhədsizdir.
Alətlərin çoxu biləkliklər formasındadır, amma yaxın dövrlərdə bədənə taxılan və ya boyuna asılan modellər də məşhurlaşmağa başlamışdır.
Ən çox istifadə edilən modelərdən birincisi ağıllı saatlardır. Mobil telefona bağlanaraq kiçik Windows sistemi kimi çalışaraq rəqəmsal həyatınızda öz yerlərini tuturlar. Saatı bildirmək bu alətlərin ən sadə işlərindən biridir. Sizə gələn zəngləri, mesajlarınızı, maillərini və hətta sosial media hesaplarınızı izləmənizə kömək edirlər.
[caption id="attachment_2774" align="alignnone" width="672"]smart saat smart saat[/caption]
Ağıllı biləkiklər (qolbaqlar) bir çox model və ölçüdə bazara girdi. Ümumilikdə biləyə və kəmərə taxılan modellər olur. gün ərzində neçə addım attığınızı, ürək döyüntülərinizi, yanan kalorinizi və idman hərəkətlərinin statistikasını təqdim edirlər.
[caption id="attachment_2775" align="alignnone" width="680"]smart qolbaq smart qolbaq[/caption]
Daha artıq 3D və rəqəmsal gerçəklik istəyirsinizsə başa taxılan ekran (head-monted display) tam sizə görədir. Bu alətlərdən bəziləri sizi formasına görə sizə başqa bir dünyadaymışsız kimi hiss etdirəcək.
[caption id="attachment_2776" align="alignnone" width="668"]head başa taxılan ekran[/caption]
Ağıllı eynəklər arasında ən çox tanınanı Google Glassdır. Bu alətlərdəki məqsəd sizi başa taxılan ekranlar kimi sizi xarici dünyadan uzaqlaşdırmaq deyil, olduğunuzyer haqqında əlavə məlumat verməkdir.
[caption id="attachment_2777" align="alignnone" width="675"]Software developer Brian Ho holds a Google Glass device at Vandrico, a Canadian company specializing in wearable computing, during a demonstration for the media in North Vancouver, B.C., on Tuesday July 30, 2013. The company is developing software for the device which is one of only a few in the country. (AP Photo/The Canadian Press, Darryl Dyck) ağıllı eynək[/caption]
Ağıllı geyimlərin daha çox növünün olması onu digərlərindən daha populyar edir. İsnanların bədən tempraturundan qaldırdıqları ağırlığın bədənə olan təsirinə qədər bir çox statistik bilgi toplayan bu geyimlər bir çox sahədə faydalı olacaq. Qarşımızdakı illərdə bir çox geyimdə geyiniləbilən texnologiya görsək təccüblənməmək lazımdır.
[caption id="attachment_2778" align="alignnone" width="660"]geyim ağıllı geyim[/caption]
Kovert Desing kimi bəzi firmalar ağıllı saatların özəlliklərini aksesuarlara yerləşdirməyə qərar verdikdən sonra qadınlar tərəfindən daha çox rəğbət qazandılar. Əsl məqsədləri mobil telefonları yanında olmayan istifadəçiləri telefonlarına gələn email, sms və ya zənglərdən xəbərdar etməkdir.
[caption id="attachment_2779" align="alignnone" width="660"]ağıllı aksesuar ağıllı aksesuar[/caption]
Geyiləbilən texnologiyada ən son nöqtə isə implantlardır. İmplantlar siz hara getsəniz, nə etsəniz yanınızda olacaq alətlərdir. İnsulin, təzyiq problemi kimi sağlıq səbələrindən dolayı əməliyyatla bədənə yerləşdirilə bilirlər. Və ya sadəcə bədəninizdə metal bir alət daşımaq istəyə bilərsiniz.
Bu alətlərin qarşıdakı 20 il ərzində daha da təkmilləşməsi gözlənilir.
[caption id="attachment_2780" align="alignnone" width="680"]smart implant smart implant[/caption]
Son zamanlara qədər sektorda kiçik firmalar mövcud idi. Jawbone, Fitbit, Misfit və Withings kimi firmalar xüsusi olaraq idman üçün ağıllı saatlar istehsal edirdilər. TomTom, Garmin, Polar və Suunto qaçış, velosiped sürüşü, dırmanma, qolf idman oyunları üçün ən yaxşı alətlər istehsal edirdilər.
Sadəcə ümumi məqsədli ağıllı saatlarda isə Sony, Samsung, Motorola, LG ve Apple sahənin ən yaxşılarıdırlar.
Başa taxılan ekranlarda ən öndə olanlar Oculus Rift ve Avegant Glyph’dır.
Ağıllı aksesuarlarda Mira, Altruis, Ear-o-Smart kimi markalar hələ ki özlərini göstərirlər.
Niyə geyiniləbilən texnologiyaları istifadə edirik?
Geyiniləbilən texnoloji alətlər bizi izləmədə, dəyərləndirmədə olduqca yaxşıdırlar. Ürək ritmlərinizi, bədəninizin yağ ortalamasını, tərləmə, sağlıq, istilik və əzələ aktivitənizi sensorları ilə bədəninizə toxunaraq və ya GPS sistemləri ilə hərəkətlərinizdən məsafəni qət etmə cəldliyinizdən ölçüp sizə bildirirlər.
Yenə də, bu texnologiyada sıxıntılı olan tərəf bu nəticələri şərh etməsidir. Qaçarkən, idman edərkən və ya yemək yeyərkən nələr olduğunu anlamaq və nəticələrini şərh etmək üçün bir çox alqoritmikproqramlar lazımdır.
Bunların necə olduğunu bilən proqramlar bu alətlərlə birləşdiyində geyiniləbilən texnologiya həyatımızda çox daha böyük rol oynayacaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun