G20 “qara siyahı” hazırlayacaq

G20 “qara siyahı” hazırlayacaq
25 İyul 2016
Mətni dəyiş
G20 ölkələrinin maliyyə qurumlarının və mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra Rusiya maliyyə nazirinin müavini Sergey Storçak jurnalistlərə açıqlama verib.
S.Storçak bildirib ki, növbəti G20 sammitinə qədər vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrin “qara siyahısı” hazırlanacaq.
1104908S.Storçak deyib ki, növbəti G20 sammiti 2017-ci ilin iyulunda keçiriləcək və “qara siyahı” həmin müddətə kimi hazır olmalıdır.
Rusiyalı rəsminin sözlərinə görə bu məsələ görüşün yekun bəyannaməsində də yer alıb:
"Qara siyahı"nın əsas kriteriyaları da artıq bəllidir. Sorğu üzrə informasiya mübadiləsində, avtomatik informasiya mübadiləsində iştirak etməyən ölkələr "qara siyahı"ya salınacaq.
Hələ ki, "qara siyahı"ya salınacaq ölkələrlə əlaqədar cəza tədbirləri müəyyənləşdirilməyib və bu məsələyə növbəti mərhələdə baxılacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun