Fransanın müstəqillik günündə dəhşətli terror - 84 ölü (fotolar)

Fransanın müstəqillik günündə dəhşətli terror - 84 ölü (fotolar)
15 İyul 2016
Mətni dəyiş
Fransa polisi Nitsa şəhərində baş verən terror hadisəsində 84 insanın həlak olduğunu, 18-i ağır olmaqla 100 çox insanın yaralandığını bildirib.
Hadisəni törədənlər açıq rəngli yük maşınını Bastiliya Gününü qeyd edən izdihamın üstünə sürüblər. Maşını sürən terrorist yerli saatla 23:30-da Nitsanın bulvarında bayramla bağlı atəş-fəşanlığa yığılan insanların içinə girib.
İnsanların toplaşdığı yerdə yük maşını təxminən 2 kilometr irəliləyib. Eyni vaxtda silah səsləri də eşidilib. Nəticədə 84 nəfər həlak olub, 100-dən çox insan yaralanıb, 18-nin vəziyyəti isə ağırdır. Ölənlərin arasında uşaqların da olduğu bildirilir.
Yük maşını sürücüsü polis tərəfindən vurularaq ölüdürülüb. Maşında çoxlu miqdarda bomba, silah və sursat tapılıb.
Nice Matin qəzeti terroristin 31 yaşlı Tunis əsilli olduğunu və Nitsada yaşadığını yazıb.
Fransanın daxili işlər naziri Bernard Cazeneuve hücumun ardınca bölgədə fövqəladə vəziyyət səviyyəsinin "hücum həyəcanı" olaraq müəyyən olunduğunu bildirib.
Nitsaya gedən daxili işlər naziri terror hədəsinin yüksək olduğunu bildiklərini deyib: "Müharibədəyik. Daha çox qurban verməməyimiz üçün bütün təhlükəsizlik qüvvələrimizin səfərbərlik halı davam edəcək".
Nitsa bələdiyyəsi şəhər sakinlərinə evlərindən çıxmamaqla bağlı çağırışı edib. Fransa polisi yük maşını sürücüsünün öldürüldüyünü, ancaq hücumu təşkil edənlərdən bir hissəsinin qaçdığını bildirib.
Nitsanın sahil tərəfində yerləşən Promenade des Anglais’de Negresco otelinin yaxınlığında 14 iyul milli bayramı (Bastiliya Qalasının alınması günü) ilə bağlı keçirilən tədbir vaxtı təşkil olunub. Hadisə atəşfəşanlıq zamanı şəhərin məşhur bulvarında baş verib.
Mənbə: AFP, Reuters, Euronews.
Nitsa terror Nitsa terror Fransa terror Bastiliya günü terror Fransa terror Fransa Bulvar terror  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun