Fransada rahibi öldürən terrorist izlənilirmiş

Fransada rahibi öldürən terrorist izlənilirmiş
27 İyul 2016
Mətni dəyiş
Ötən gün Fransanın şimalında yerləşən Rouen şəhərində bir kilsəyə edilən hücumla bağlı yeni məlumatlar ortaya çıxıb.
Ayin vaxtı kilsəyə silah və bıçaqla girən iki terroristdən birinin Adel Kermiche olduğu bildirilib. İŞİD-ə qoşulmaq üçün Suriyaya qaçmaq istəyən 19 yaşındakı şəxsin 2015-ci ildə iki dəfə həbs edildiyi və bir müddət əvvəl məhkəmə nəzarəti altında şərti azadlığa buraxıldığı qeyd olunur.
Mətbuat konfransında jurnalistləri məlumatlandıran Paris baş prokuroru Francois Molins "terrorla mübarizə prokurorunun 18 mart 2016-cı il tarixli qərarına qədər müvəqqəti olaraq azadlıqdan məhrum edilmişdi. Bu tarixdən sonra isə bəzi öhdəliklər qarşılığında elektronik izləmə və məhkəmə nəzarəti şərti ilə ev həbsinə buraxılmışdı" deyə bildirib.
Xatırladaq ki, kilsədə ibadət edən altı nəfəri əsir götürdükdən sonra rahibin boğazını kəsərək qətlə yetirən iki terrorist polis tərəfindən açılan atəş nəticəsində həlak olmuşdular.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun