"Fitch"dən Azərbaycanla bağlı "neqativ" proqnoz

"Fitch"dən Azərbaycanla bağlı "neqativ" proqnoz
23 İyul 2016
Mətni dəyiş
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli valyutada uzunmüddətli (LTLC) reytinqini “BB+”, reytinq üzrə proqnozunu isə "neqativ" kimi təsdiqləyib.
“Report xəbər verir ki, agentlik Azərbaycanın xarici valyutadakı qısamüddətli (STFC) reytinqini isə “B”, həmçinin yeni yerli valyutada qısamüddətli (STLC) reytinqi “B” səviyyəsində təsdiq edib.
“Fitch”in açıqlamasında deyilir ki, Agentlik Azərbaycanın suveren reytinqinə avqustun 26-da baxacaq: “Azərbaycanın kredit portfeli onun LTLC-dəki reytinqinin LTFC-dəki reytinqini üstələməsinə imkan vermir”.
Agentlik hesab edir ki, Azərbaycanda iki əsas amil LTLC reytinqinin yüksəlməsinə mane olur. “Fitch” bura yerli maliyyə əsaslı biznesin xarici maliyyə əsaslı biznesə nəzərən daha güclü olması, habelə yerli valyutada iş aparan kreditorların xarici valyutada çalışan kreditorlara nisbətən daha böyük güzəştlər qazanması amillərini aid edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun