"Fenerbahçe" "Monaco"nu məğlub etdi - VİDEO

"Fenerbahçe" "Monaco"nu məğlub etdi - VİDEO
28 İyul 2016
Mətni dəyiş
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
Ölkəmizdə kifayət qədər azarkeş kütləsinə sahib Türkiyənin "Fenerbahçe" klubu İstanbulda "Monaco"nu məğlub etməyi bacarıb : 2-1. Matçdan öncə ev sahibi komandanın baş məşqçisi Vitor Pereira tam hazır olmadıqlarını bildirsə də, 90 dəqiqə boyunca "sarı-lacivərdilər" daha sürətli və baxımlı futbol nümayiş etdiriblər. Yeni transferlər Van der Viel, Skrtel ilə icarədən qayıdan Salih Uçan və Emenike öz oyunları ilə seçiliblər.
Xatırladaq ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun