Ermənistanda qarşıdurma

Ermənistanda qarşıdurma
21 İyul 2016
Mətni dəyiş
İyulun 20-i gecə saatlarında Yerevanın Xorenaçi küçəsində polislə etirazçılar arasında qarşıdurma yaranıb. Panarmenia.net-in yaydığı məlumata görə, toplaşmış kütlənin içindən bir qrup polisi daşa basıb. Polis işçiləri də etirazçılara qaz və səs bombaları ilə cavab verib.
Hadisə yerində olan deputat Nikol Paşinyan etirazçıları provokasiyaya getməməyə və polisə daş atmamağa çağırıb.
Ermənistan polis rəsinin müavini Samvel Ovanesyan isə qarşıdurmada xeyli sayda polis əməkdaşının xəsarət aldığını bildirdi.
Səhiyyə nazirinin müavininin açıqlamasına görə, gecə baş verən toqquşmada 45 nəfər yaralanıb, onların 25-i isə polis əməkdaşları olub.
Etiraza səbəb, 17 iyulda polis idarəsinə hücum zamanı 1 polisi öldürüb 4-nü girov saxlayan silahlı qrupa ərzaq göndərmək istəklərinin geri çevrilməsi olub

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun