Türkiyə prezidenti ABŞ ordusunun ən yüksək rütbəli zabiti – general Joseph Votel-i “qəsdçilərin tərəfində olmaqda” ittiham edib.
Prezident Recep Tayyip Erdoğan Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca ABŞ ordusunun ən yüksək rütbəli zabiti – general Joseph Votel-in şərhinə kəskin reaksiya verərək hərbçini “qəsdçilərin tərəfində olmaqda” ittiham edib.
ABŞ Birləşmiş Komandanlığının başçısı general Votel bəyan etmişdi ki, Türkiyədə çox sayda hərbi liderin həbsxanaya atılması Vaşinqtonla Ankara arasında əməkdaşlığa xələl gətirə bilər.
Sən kimsən ki? Öz yerini bil! Sən çevriliş cəhdini dəf etmiş dövlətə təşəkkür etmək əvəzinə çevriliş qəsdçilərinin tərəfini saxlayırsan.