Erdoğan konstitusiya dəyişikliklərini parlamentə çıxarır

Erdoğan konstitusiya dəyişikliklərini parlamentə çıxarır
31 İyul 2016
Mətni dəyiş
Türkiyə prezidenti bildirib ki, o, hərbi akademiyaların bağlanmasını, kəşfiyyat agentliyi və hərbi qərargah rəisinin şəxsi nəzarəti altında olmasını istəyir.
Rəcəb Tayyib Erdoğan bildirib ki, təkliflər parlamentə təqdim olunacaq.
Bu, iyulun 15-də uğursuz çevrilişdən sonra başlanmış irimiqyaslı hücumlar çərçivəsində baş verir.
Hakimiyyət deyir ki, azı 246 nəfərin həyatını itirdiyi çevriliş cəhdinin arxasında Fethullah Gülen dayanır. ABŞ-da yaşayan ruhani isə bu ittihamı təkzib edir.
"Biz Konstitusiyaya kiçik dəyişikliklər paketi təqdim edəyəcik. Əgər qəbul edilərsə, o zaman Milli İstihbarat Təşkilatı (MİT) və hərbi qərargah rəisi prezidentin nəzarəti altında olacaq", cənab Erdoğan A Haber televiziyasına deyib.
"Hərbi məktəblər bağlanacaq... biz milli müdafiə universiteti yaradacağıq", o qeyd edib.
Prezident əlavə edib ki, jandarmanın da sayı azaldılacaq, lakin silahlandırma çoxaldılacaq.
Cənab Erdoğana bu qaydaları qəbul etdirmək üçün millət vəkillərinin 2/3-nin səsi lazımdır. İndiki vəziyyətdə onu müxalifət partiyaları da dəstəkləyir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun