Daşkəsəndə siyasi fəal həbs edilib

Daşkəsəndə siyasi fəal həbs edilib
28 İyul 2016
Mətni dəyiş

Bu gün Daşkəsən rayon məhkəməsi rayon Ədalət Partiyası Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarovu 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Abzas.net olaraq Elşad Qafarovun ailə üzvləri ilə əlaqə saxladıq.

Həbs olunan siyasi fəalın oğlu Nəsimi Qafarov atasının qanunsuz olaraq həbs edildiyini, siyasi fəaliyyətlə məşğul olduğu üçün Daşkəsən rayon icra başcısı Əhəd Abıyevin sifarişi ilə şərlənərək saxlanıldığını bildirib.  "Elşad bəyin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır. Onu adam yaralamaqla günahlandırıb həbs ediblər. Bizi məhkəmə prosesində iştirak etməyə icazə vermirlər. Məhkəmə onu 221.1-ci maddə ilə günahkar bilib. Hazırda atam Daşkəsən Rayon Müvəqqəti Saxlama Təcridxanasındadır."

O, həmçinin 15 iyun 2016-cı ildə də özünün də şərlənərək 15 günlük həbs olunduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun