Daha bir jurnalist həbs olundu

Daha bir jurnalist həbs olundu
3 İyul 2016
Mətni dəyiş
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib. Jurnalistin həyat yoldaşının Bolgexeber.com-a verdiyi məlumata görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli şəxs jurnalistin evinə daxil olaraq axtarış aparıb və Fikrət Fərəməzoğluna məxsus Notebook-u götürərək evdən çıxıblar. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşduqda onlar baş redaktorun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini bildirməyiblər. Fikrət Fərəməzoğlunun həyat yoldaşı həmçinin bildirib ki, həyat yoldaşının hara aparıldığını və hazırda harda saxlanıldığı haqda heç bir məlumat verilməyib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun