Bu gün Milli Mətbuat Günüdür, amma...

Bu gün Milli Mətbuat Günüdür, amma...
23 İyul 2016
Mətni dəyiş
Azərbaycan beynəlxalq mətbuat azadlığı reytinqlərində sonuncu yerdədir
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi məhz bu gün, 22 iyul 1875-ci ildə mətbuatımızın ilk nəşri olan "Əkinçi" qəzetini nəşr etmişdir. Həsən bəyin çox böyük əziyyətlər bahasına başa gələn "Əkinçi" qəzeti cəmi 56 say işıq özü görsə də, Azərbaycan mətbuatına işıq sala bilib.
Böyük çətinliklərdən sonra Həsən bəy Zərdabi, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu qəzetlər meydana çıxdı.
Hal-hazırda Azərbaycan “Sərhədsiz Reportyorlar” təşkilatının hazırladığı 2016-cı il üçün Ümumdünya Mətbuat Azadlığı indeksinə görə 180 ölkə arasında 165-ci yeri tutaraq dünyanın ən repressiv və jurnalistlərin fəaliyyətinə ən çox problem yaradan ölkələrindən biri hesab olunur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun