Boris Johnson İngiltərədə xarici işlər naziri təyin edilib

Boris Johnson İngiltərədə xarici işlər naziri təyin edilib
15 İyul 2016
Mətni dəyiş
İngiltərənin yeni baş naziri Theresa May sürpriz bir qərarla keçmiş London meri Boris Johnson-u xarici işlər naziri təyin edib.
Boris Johnson qatı Brexit (İngiltərənin Avropa İttifaqından ayrılması) tərəfdarı və kampaniyanın əsas simalarından biri idi.
BBC-nin məlumatına görə, Johnson Theresa May tərəfindən xarici işlər naziri təyin olunmasından qürur duyduğunu bildirib.
Yeni baş nazir May-in vəzifəyə möhtəşəm bir çıxışla başladığını vurğulayan Johnson, "Ölkəmizin qarşısında Avropa və dünya ilə yeni münasibətlərimizi uğurla qurmaq üçün böyük fürsətlər var" deyib.
Liberaı Demokrat Partiyasının lideri Tim Farron isə İngiltərənin yeni xarici işlər naziri ilə bağlı maraqlı açıqlama verib: "Təxmin edirəm ki, Boris Johnson təhqir etdiyi ölkələrdən üzr istəməyə xarici işlər naziri vəzifəsini yerinə yetirməkdən daha çox vaxt sərf edəcək".
Osmanlının daxili işlər naziri olmuş Ali Kemalın nəvəsi
Referendumda 52% səslə Brexit-in qələbəsindən sonra Johnson-un adı sonrakı iqtidarın baş naziri və Mühafizəkar Partiyanın lideri olmağa əsas namizədlər arasında görülürdü.
Ancaq referendumdan əvvəl onunla birlikdə kampaniya aparan ədliyyə naziri Michael Gove-un onu sərt şəkildə tənqid edərək namizədliyini açıqlamasından sonra Johnson Mühafizəkar Partiyanın lideriliyinə namizəd olmamışdı.
Boris Johnson linç edilərək öldürülən Osmanlı İmperiyasının son daxili işlər naziri Ali Kemalın doğma nəvəsi Stanley Johnson-un oğludur. Ali Kemal həmçinin milli mübarizə qarşı nəşrləri ilə tanınan jurnalist olub. O, Türkiyədə Atatürk və milli mübarizəyə düşmən münasibəti və ağır hərəkətləri ilə yaddaşlarda qalıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun