Binəqədi-Novxanı-Corat yolunun tikilməsinə 5.9 milyon manat ayrılacaq

Binəqədi-Novxanı-Corat yolunun tikilməsinə 5.9 milyon manat ayrılacaq
29 İyul 2016
Mətni dəyiş
Prezident İlham Əliyev Binəqədi-Novxanı-Corat yolunun tikintisi üçün büdcədən 5.9 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.
Azərtacın yaydığı məlumata görə, İlham Əliyev yetmiş iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun