Baş Qərargah hərbi çevriliş cəhdində iştirak edənlərin sayını açıqlayıb

Baş Qərargah hərbi çevriliş cəhdində iştirak edənlərin sayını açıqlayıb
27 İyul 2016
Mətni dəyiş
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 15 iyul tarixində ölkədə hərbi çevrilişə cəhd edənlərin sayını açıqlayıb. Açıqlamada "Əsgər geyimli terroristlərin sayı 8 min 651 nəfər olub. Bu rəqəm Silahlı Qüvvələrimizin 1,5 %-idir" deyilib.
Rəsmi bəyanatda bildirilib ki, Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub terrorçular hadisələr zamanı 172 zirehli maşın, 35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəmidən istifadə ediblər.
Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrin əksəriyyəti xainlərin cəhd etdiyi çevrilişə qarşı çıxıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun