Bağdadda dəhşətli terror hücumları olub

Bağdadda dəhşətli terror hücumları olub
4 İyul 2016
Mətni dəyiş
İraqın paytaxtı Bağdadda dəhşətli terror hadisəsi baş verib.
Aralarında xeyli uşağın da olduğu partlayışlarda 200-dən çox ölü olduğu bildirilir. Bu hadisə il ərzində baş vermiş ən dəhşətli terror hadisəsidir.
Ölənlərin sayının 200-ü keçdiyi, ən azı da 200 nəfərin yaralandığı və 35 nəfərin də itkin olduğu bildirilir. Rəsmilər ölü sayısının arta biləcəyini iddia edirlər.
iraq terror
Bağdadın mərkəzində yerləşən və əsasən şiələrin yaşadığı Karrada bölgəsində bomba ilə yüklənmiş avtomobil partladılıb. Ən çox təlafat da bu bölgədə qeydə yaşanıb. Karaddadakı partlayışı İŞİD öz üzərinə götürüb.
Digər bir partlayış da Bağdadın şimalında yerləşən Şaab bölgəsində baş verib. Bazarda baş vermiş partlayış ətrafdakı evlərdə və iş yerlərində güclü yanğına səbəb olub.
Şaabda baş vermiş terror hadisəsini hələ ki heç bir təşkilat öz üzərinə götürməyib. İraqda 3 güclü matəm elan edilib.
Mənbələr: Al Jazeera, Reuters

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun