Azərbaycan 750 milyon kredit götürdü

Azərbaycan 750 milyon kredit götürdü
12 İyul 2016
Mətni dəyiş
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair İnvestisiya Proqramına 750 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu haqda məlumat bankın saytında yerləşdirilib.
Xəbərdə deyilir ki, ayrılan vəsait hesabına görülən işlər nəticəsində 1.4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq.
«ADB-nin bu proqramı Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllinə, ev təsərrüfatlarının günboyu elektrik enerjisi ilə təchizatına səbəb olacaq. Ayrılan kredit sayəsində inklüziv iqtisadi artıma nail olunacaq, kiçik və orta sahibkarlıq imkanları daha da güclənəcək», - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Sean O'Salivan bildirib.
Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollardır.
Bu barədə Azərbaycan hökuməti ilə ADB arasında ilkin niyyət protokolu 2015-ci ilin mayında Bakıda keçirilən ADB Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində imzalanıb.
ADB 1999-cu ildən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə 2.1 mlrd. dollar ayırıb.
Mənbə: "Azadlıq" radiosu  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun