“Azərbaycan saatı” peyk yayımını müvəqqəti dayandırıb

“Azərbaycan saatı” peyk yayımını müvəqqəti dayandırıb
29 İyul 2016
Mətni dəyiş
Xaricdən Azərbaycan dilli auditoriya üçün yayımlanan  “Azərbaycan saatı” peyk proqramının yayımı müvəqqəti dayandırılıb.
Proqramın rəhbəri Qənimət Zahid bunu Türkiyədə “Barış” TV-nin bağlanması ilə izah edib. Belə ki,    “Azərbaycan saatı” bu telekanaldan efirə verilirdi.
Türkiyə hakimiyyəti prezident Ərdoğana qarşı müxalifətdə olan 16 telekanalı bağlayıb.
Q.Zahid qeyd edib ki,  “Barış” TV qapadılan telekanallar arasında yeganə telekanaldır ki, müxalifətçi din xadimi Gülənlə heç bir əlaqəsi yoxdur.
Azərbaycan hakimiyyətini kəskin tənqid edən və azərbaycanlılar arasında populyarlıq qazanan  “Azərbaycan saatı” müvəqqəti olaraq İnternetdə müxtəlif sosial resurslar vasitəsilə yayımlanacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun