Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 qərar elan edəcək

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 qərar elan edəcək
6 İyul 2016
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi iyulun 21-də Azərbaycanla bağlı daha 18 iş üzrə öz qərarını elan edəcək. Bu barədə vəkil Əsabəli Mustafayev açıqlama yayıb.
Vəkilin açıqlamasında deyilir ki, onun elektron poçtuna Avropa Məhkəməsindən məktub gəlib. Məktubda bildirilir ki, Əsabəli Mustafayevin apardığı daha 18 iş üzrə 21 iyul tarixində qərarlar elan olunacaq.
Bu işlərin 15-i qanunsuz həbs və sərbəst toplaşma hüququnun pozuntusu ilə bağlıdır. Şikayətçilər bunlardır: Bayramlı Gözəl (2 iş), Həsənov Babək (2 iş), Məcidli Məhəmməd (2 iş), Abbaslı Tural (2 iş), Hacıyev Cəmil (2 iş), Quliyev Rövşən, Məcidli Məcid, Ağayev Hikmət, İsrafil İkrəm, Bayramov Bayram.
Digər 3 iş isə mülkiyyət hüququnun pozuntusuyla bağlıdır.
Sonda vəkil "ümid edirəm ki, bütün qərarlar bizim üçün uğurlu olacaqdır" deyə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun