Ankarada 1200 əsgər sərbəst buraxılıb

Ankarada 1200 əsgər sərbəst buraxılıb
23 İyul 2016
Mətni dəyiş
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilərdən 1200 sıravi əsgər azadlığa buraxılıb.
Bunu iyulun 23-də Ankara baş prokuroru Harun Kodalak deyib ki, söhbət hadisələrdən xəbərsiz olan sıravilərdən gedir, hələ saxlananlar arasında xeyli sayda sıravi var.
"Sərbəst buraxılan əsgərlərin baş verənlərdən xəbəri olmayıb. Saxlanılanlar arasında hələ xeyli sıravi var. Onların da işləri araşdırılır, xalqa atəş açmayan, xalqın üstünə hərbi maşın sürməmiş, baş verənlərin təfərrüatlarını bilməyən bütün əsgərlər tezliklə azadlığa buraxılacaq".

Ankaranın baş prokuroru bildirib ki, onlar xainlərin Ergenekon, Balyoz işlərində elədikləri kimi günahsız həbrçiləri həbs etməyəcəyik: "Bizim istintaqımız onlarınkına oxşamayacaq, ədalətli davranacağıq. Biz dövlətin prokurorları, onlar terror təşkilatının hakim, prokurorlarıdır".

İyulun 15-ə Türkiyədə 300-ə yaxın adamın ölümü ilə nəticələnmiş çevrilişə cəhddən sonra minlərlə adam həbs olunub. Onların arasında sıravi əsgərlər və çavuşlar üstünlük təşkil edir. Onların yaxınları övladlarının komandirlərinin əmrinə tabe olduğunu, heç bir cinayətdə iştirak etmədiklərini bildirirlər.

   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun