Almaniyada partlayış baş verib, 12 nəfər yaralanıb

Almaniyada partlayış baş verib, 12 nəfər yaralanıb
25 İyul 2016
Mətni dəyiş
Almaniyada Bavariya əyalətinin Ansbax şəhərində törədilən partlayış nəticəsində xəsarət alanların sayı hər keçən saat artmaqdadır. Gecə saatlarında şəhərdə yerləşən restoranların birinin önündə partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə yerinə gələn Bavariya əyalətinin Daxili İşlər Naziri Yoahim Herrmann ilk əldə edilən məlumatlara görə hadisəni 27 yaşlı Suriyalının törətdiyini bildirib. Y.Herrmanın sözlərinə görə şübhəli qismində axtarışa verilən suriyalı qaçqın 2 il əvvəl Almaniyadan sığınacaq tələb edib, lakin 1 il əvvəl onun bu istəyi qeydə alınmayıb.
Alman polisi şübhəli şəxsin ələ keçirilməsi üçün axtarışlara davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun