ABŞ-ın keçmiş prezidenti Reyqanı güllələyən şəxs azadlığa buraxılacaq

ABŞ-ın keçmiş prezidenti Reyqanı güllələyən şəxs azadlığa buraxılacaq
27 İyul 2016
Mətni dəyiş
35 il əvvəl ABŞ prezidenti Ronald Reyqana sui-qəsd təşkil edən John Hinckley müalicə aldığı xəstəxanadan növbəti ay azadlığa buraxıla bilər.
1981-ci ilin mart ayında Washington şəhərində baş verən hadisədə prezident Reyqana atəş açılmış və ölkə başçısı ilə birlikdə ətrafındakı üç nəfər yaralanmışdı.
Olaydan sonra keçirilən məhkəmədə Hinckley "ruhi xəstə" kimi qələmə verilərək günahsız bilinmiş və xəstəxanada müalicəyə məhkum edilmişdi.
Hakim sonuncu prosesdə 61 yaşlı Hinckley'in 5 avqust tarixindən azadlığa buraxılacağına qərar verib.
Qeyd edək ki, John Hinckley bir müddətdir hər ayın 17 gününü Virciniya ştatında yaşayan anasının yanında xüsusi nəzarət altında qalırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun