ABŞ-da Respublikaçıların qurultayı başlayır [fotolar]

ABŞ-da Respublikaçıların qurultayı başlayır [fotolar]
19 İyul 2016
Mətni dəyiş
Bəzi mühüm respublikaçılar Trump-ı dəstəkləmir

ABŞ-da bir ilə yaxındır davam edən ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə başa çatmaq üzrədir. Bu gündən etibarət qarşıdakı 4 gün ərzində Ohayo ştatının Klivlend şəhərində Respublikaçıların Milli Qurultayı öz işinə başlayır. 4 gün davam edəcək qurultayda ilkin seçkilərdə üstünlük əldə edən Donald Trump-ın partiyadan namizədliyi rəsmən əldə edəcəyi gözlənilir.

Danışmaz əmlak biznesmeni Donald Trump ABŞ prezidentliyinə namizədliyi bir ildən bir qədər əvvəl açıqlayıb. Amerikada 11 milyon qeyri-qanunu immiqrantın ölkədən xaric ediləcəyini, qanunsuz mühacirətin qarşısını almaq üçün Meksika ilə sərhədə divar hördürəcəyini və müsəlmanların ölkəyə girişini məhdudlaşdıracağını bildirməsinə baxmayaraq, o, Vaşinqton siyasətindən bezmiş respublikaçı seçicilərin səsini almağı bacarıb.

Trump siyasətdə yeni olmasına baxmyaraq, son bir ildə mübarizə apardığı 16 rəqibi arasında senatorlar və qubernatorlar da daxil olmaqla, bir çox güclü siyasətçilər olub. O, namizədlik üçün lazım olan 1237-dən də 300 nümayəndə artıq toplayaraq namizədliyini qeyri-rəsmi olaraq təmanat altına almağı bacarıb.

Etirazlar və təhlükəsizlik tədbirləri

Respublikaçıların qurultayı rəsmən bu gün başlasa da, artıq dünəndən Klivlend şəhərində qeyri-adi canlanma hiss olunmaqdadır. Ölkənin hər bir tərəfindən qurultaya qatılmağa gələnlərlə yanaşı, şəhərdə böyük aksiyalara qatılanların da sayı az deyil. Nümayişlərin bir tərəfində Donald Trump əleyhdarları, digər tərəfdə isə tərəfdarlarıdır.

[caption id="attachment_2254" align="alignnone" width="1000"]Klivlend şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib Klivlend şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib[/caption]

Həm qurultay, həm də etiraz aksiyaları səbəbilə Klivlenddə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Belə ki, havada vertolyotların, yerdə isə polis və kəşfiyyat itlərinin nəzarəti ilə insan özünü təzyiq altnda hiss edir. Ancaq təhlükəsizlik tədbəri ilə bağlı ən maraqlı məqamlardan biri qurultayın keçirildiyi məkana, çətir və ya konserva qutuları kimi əşyalar buraxılmasa da, məkanın ən yaxınlıqlarına kimi silahla getməyə icazə verilir. Şəhərdəki silah qanunu tənqidçiləri isə belə məqamları gülməli adlandırır.

Qurultayın ilk günü

trump

4 gün davam edəcək qurultayın sonunda biznesmen Donald Trump-ın nominasiyasının qəbul ediləcəyi gözlənilir. Bunun göstəricinin bir hissəsi olaraq bu gün qurultayda çıxış edəcək əsas şəxslərdən birinin Donald Trumpın həyat yoldaşı Melania Trump-ın olmasıdır. Həyat yoldaşı immiqrant olmuş Tramp əsasən immiqrantlara və müsəlmanlara qarşı sərt mövqeyi ilə tanınır. Bu gün çıxış edəcək digər mühüm şəxslər arasında Nyu-York meri Rudolph Giuliani, Ayova senatoru Joni Ernst və Arkanzas senatoru Tom Cotton da var.

Bəzi mühüm respublikaçılar Trump-ı dəstəkləmir
trump2
Ümumilikdə isə bu qurultay respublikaçıların son bir neçə onillikdə ən bölünmüş milli qurultayı hesab edilir. Təsadüfi deyil ki, Respublikaçılar partiyasından ABŞ-a iki 2 prezident bəxş etmiş Buş ailəsi, eləcə də Donald Trump-ın rəqibi olmuş Jeb Bush qurultaya qayılmayıb. Burada iştirak etməyənlər arasında nüfuzlu senator Jhon McCain və sabiq prezidentliyə namizəd Mitt Romney də var. Digər maraqlı məqam isə qurultayın Ohayo ştatında keçirilməsinə baxmayaraq, Ohayo qubernatoru, Donald Trump-ın rəqibi olmuş Jhon Kasich də etiraz əlaməti olaraq qurultaya qatılmır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun