Abituriyentlərin 56 faizi 200-dən aşağı bal toplayıb

Abituriyentlərin 56 faizi 200-dən aşağı bal toplayıb
28 İyul 2016
Mətni dəyiş
Azərbaycanda I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.
Bu il qruplar üzrə keçirilən qəbul imtahanlarında  78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imtahanı qazanıb. 44 160 nəfəri isə 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56%-dən çoxunu təşkil edir.
İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 1999, II ixtisas qrupunda 11 514, III ixtisas qrupunda 10 138, IV ixtisas qrupu üzrə isə 2517 abturiyent 0-200 bal toplayıb.
Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 10 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayıb.
2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun