Xəstəxanada yaralıya yardım edilmədiyi iddia olunur

Xəstəxanada yaralıya yardım edilmədiyi iddia olunur
19 İyul 2016
Mətni dəyiş
Sosial şəbəkələrdə Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən olayla bağlı video yayılıb. Görüntülərdən xəstəxanaya gətirildiyi bililən yaralıya tibbi yardımın edilməməsi narazılıqla qarşılanır. Xəstəxanın qəbul şöbəsindən xəstənin adı və soyadı tələb olunur və bildirilir ki, əgər deyilməsə, xəstə müayinə edilə bilməz. Orta yaşlı xanım isə xəstəni küçədə gördüyünü və kimliyini bilmədiyini söyləyir. Yaralı olduğu güman edilən şəxs qapı ağzında yerə uzanıb və yardım edilmir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, hadisə iyulun 17-də baş verib və heç nə videogörüntüdə olduğu  kimi deyil: "Mahir Ələddin oğlu Əmiraslanov içkili və yaralı vəziyyətdə xəstəxanaya gələrək, əlindəki bıçaqla ona kömək etmək istəyən xadimələri hədələyib, yardım etmələrinə imkan verməyib. Sonradan o, əməliyyat olunub və yüksək səviyyədə yardım edilir. Mahir Əmiraslanov əməliyyatdan çıxdıqdan sonra etdiklərinə görə üzr istəyib. Hazırda vəziyyəti normaldır".

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun