Gürcüstan yüksək gəlirli ölkəyə çevrilir - Dünya Bankı

Gürcüstan yüksək gəlirli ölkəyə çevrilir - Dünya Bankı
8 İyul 2016
Mətni dəyiş
"Gürcüstan aşağı-orta gəlirli ölkədən, yüksək-orta gəlirli ölkəyə çevrilir". Fins.az-ın məlumatına görə, bu barədə Dünya Bankı açıqlama yayıb.
Dünya Bankı Qlobal Gəlirlilik Renkinqdə Gürcüstanın mövqeyini xeyli yüksəldib. Bunun əsas səbəbi isə, Gürcüstan vətəndaşlarının adambaşına gəlirinin artmasıdır.
Dünya Bankının  nəşri olan «Dünya üzrə İnkşaf Göstəriciləri Bazası»da Gürcüstanın satusu aşağı-orta gəlirli ölkədən, yüksək-orta gəlirli ölkəyə yüksəldilib. Başlıca faktor isə  2015-ci il üzrə adam başına düşən Ümum Milli Məhsulun artması olub.
Dünya Bankı Qrupunun açıqlamasına görə ötən il üzrə, Gürcüstanda adam başına düşən ÜMM 4 160 dollar olub.
Ümumiyyətlə məlumat üçün qeyd edək ki, dünya ölkələri  adam başına düşən ÜMM üzrə 4 kateqoriyaya bölünür: aşağı, aşağı-orta, yüksək-orta, yüksək.
• Aşağı-gəlirli  iqtisadiyyatlarda adambaşına düşən ÜMM- 1 025 dollar və ya daha aşağı
• Aşağı-orta gəlirli iqtisadiyyatlarda adambaşına düşən ÜMM- 1 026 və  4 035 dolalr arasında dəyişir
• Yüksək-orta gəlirli iqtisadiyyatlarda adambaşına düşən ÜMM- 4 036 və 12 475 dollar arasında dəyişir
• Yüksək gəlirli iqtisadiyyatlarda adambaşına düşən ÜMM- 12 476 dollar və daha yüksək olur
Gürcüstanın qonşusu Rusiya isə yüksək gəlirli ölkədən yüksək-orta gəlirli ölkə kateqoriyasına enib. Adambaşına düşən ÜMM 1 ildə 14 330 dollardan 11 400 dollara düşüb.
Regionun digər qonşu ölkələrində 2015-ci il üzrə adam başına düşən ÜMM üzrə eniş qeydə alınıb.
Azərbaycanda bu göstərici  7 600 dollardan 6 560 dollara, Ermənistanda  4 020 dollardan 3 880 dollara, Türkiyədə isə 10 630 dollardan 9 950 dollara düşüb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun