"Ərdoğan hərbi çevriliş söhbətindən istifadə edir"

"Ərdoğan hərbi çevriliş söhbətindən istifadə edir"
18 İyul 2016
Mətni dəyiş
Redaksiyadan: 7 apreldə “Washington Times” qəzetində G.Taylor tərəfindən bu məqalə yazılıb. Türkiyədə son baş verən hərbi çevrilişə cəhddən sonra çox suallar meydana gəldi, çox versiyalar ortaya atıldı, çox mülahizə irəli sürüldü. Bu “çevrilişə cəhd” tamaşasını Ərdoğanmı hazırlaşdı, Ərdoğanın xəbəri varıydı öz xeyrinəmi istifadə etdi, yoxsa ordu xarici qüvvələrlə birlikdə çevrilişmi etmək istəyirdi? Məqalə 15 iyulda Türkiyədə baş verən hadisədən 3 ay əvvəl hazırlanıb və bir çox suallara cavab tapmağa kömək edə bilər.
Ərdoğan səlahiyyətlərini genişləndirmək və müxalifəti cilovlamaq üçün hərbi çevriliş məsələsindən istifadə edir” başlıqlı məqaləni təqdim edirik.
Ərdoğan səlahiyyətlərini genişləndirmək və müxalifəti cilovlamaq üçün hərbi çevriliş məsələsindən istifadə edir
Guy Taylor/Washington Times - 07.04.2016
Ötən həftə Türkiyə hərbi elitası çevriliş planlarını təkzib etdi. Ancaq ölkədəki qarışıq vəziyyət, hər gün artan terror təhlükəsi və dəfələrlə baş vermiş hərbi çevrilişlər fonunda bu təkzib Vaşinqtondakı şayələri susdura bilmədi.
Sonuncusu 1997-ci ildə olmaqla 1960-cı ildən bəri türk generalları tərəfindən hökumətə artan siyasi gərginlik dövrlərində 4 dəfə müdaxilə olunub.
Ancaq bəzi mülahizələrə görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın hərbi çevriliş şayələrindən istifadə etməkdə məqsədi öz səlahiyyətlərini genişləndirmək və müxalifəti cilovlamaqdır.
Hal-hazırda Vaşinqton Demokratiyanı Müdafiə Fondunun baş elmi işçisi kimi fəaliyyət göstərən, əvvəllər isə Türkiyə Böyük Millət Məclisində müxalifət partiyasını təmsil edən Aykan Erdemir R.T. Ərdoğanın “Ədalət və İnkişaf Partiyası”nı (AKP) “istedadlı döyüş sənəti aktyoru”na bənzədib.
A.Erdemir bir müsahibəsində belə deyib: “Onlar problemləri öz xeyirlərinə çevirməyi çox yaxşı bacarırlar və bu şayədən də özlərinə fayda əldə edə biləcəklərini çox yaxşı bilirlər. Onu demək istəyirəm ki, AKP tərəfindən idarə olunan və iqtidaryönlü media hərbi çevriliş şayəsinin tirajlanmasına əhəmiyyətli vaxt və enerji sərf edir. Çünki onlar bilirlər ki, bu şayənin tirajlanması AKP-in legitimliyinin uzanmasına yardım edəcək. Belə ki, 12 ildən artıqdır hakimiyyətdə olan AKP-yə qarşı etirazlar artır. Onlar isə seçicilərə hərbi rejimlə AKP arasında seçim haqqı verir. Vətəndaşlar isə seçilmiş hökumətin tərəfində olacaq, hansı ki bu AKP-dir”.
AKP-nin cavanlar arasında nüfuzu əhəmiyyətli dərəcədə azdır. Payız seçkilərində isə təhlükəsizlik xidmətlərindən istifadə edərək müxalif media və biznes strukturlarının bağlanmasının köməkliyi ilə qalib gələ bildi. Prezident Facebook, Youtube və digər sosial media vasitələrinin ölkədə qadağan olunmasına çalışır.
Rusiya mediasında da hərbi çevriliş şayələri yayımlanmaqdadır. Sentyabr ayında Suriya sərhəddində Türk hərbçiləri tərəfindən Rusiya qırıcısının vurulmasından sonra Moskva və Ankara münasibətlərində problemlər yaşanıb.
Ötən ay Kreml tərəfindən idarə olunan “Sputnik” beynəlxalq xəbər agentliyi “Türk ordusunun siyasi nüfuzunun tədricən artması və bunun hərbi çevriliş üçün zəmin yaratması” barədə yazı dərc edib.
Qonşu Suriyada vətəndaş müharibəsi, kürd seperatçılarının terror fəaliyyətləri, zəifləyən iqtisadiyyat və məhv olan turizm bazarı ölkədəki siyasi gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Təxminən 10 il əvvəl Türkiyəni regionda əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən uğurlu demokratik dövlət modeli kimi görmək olurdusa, indi bu ümidlər məhv olmaqdadır.
Hərbi çevriliş haqqında müzakirələrə isə əsas təkan Vaşinqtondakı mühafizəkar “American Enterprise Institute”-un saytında yerləşdirilən yazı oldu.
Keçmiş Pentaqon rəsmisi, müdafiə və təhlükəsizlik üzrə ekspert Mixail Rubin Ərdoğanın “rəqiblərini həbs etdirmək, qəzetləri “ələ keçirmək”, dəli sultan və ya xəlifələr səviyyəsində saraylar tikdirmək kimi avtoritar fəaliyyətlərinin nəzarətdən çıxdığını” iddia edir.
Rubin qeyd edib ki, əgər türk ordusu bütün bunlara hərbi çevrilişlə cavab versə, heç kim onları saxlamayacaq və Vaşinqton – Obama administrasiyası da 3 il əvvəl qısa ömürlü “Müsəlman Qardaşlığı” hökümətinin Misir hərbçiləri tərəfindən devrilməsini qəbul etdiyi kimi bununla da razılaşacaq.
Rubin müsahibəsində onu da əlavə edib ki, “mən hərbi çevrilişin labüd olduğunu qənaətində deyiləm. Onu demək istəyirəm ki, əgər türk hərbçiləri çevrilişi həyata keçirə bilsələr, Vaşinqton Ərdoğanı yenidən hakimiyyətə bərpa etmək üçün “barmağını” belə qaldırmayacaq.
 
İctimai təkzib
Türk qəzetlərinin, hətta Türk Silahlı Qüvvələri rəhbərliyinin yazıya cavab vermək məcburiyyətində hiss etmələri yazının onların “əsəblərinə toxunduğunun” göstəricisidir.
TSK abreviaturası ilə tanınan Türk Silahlı Qüvvələrinin cəmiyyətə bu barədə açıqlama verməyə məcbur qalması gərginliyi daha da artırıb.
31 martda rəsmi saytda TSK rəhbərliyi belə açıqlama verib: “TSK-nın əmr iyerarxiyasını pozaraq hər hansı qanundan kənar fəaliyyətinin olmasını düşünmək mümkün deyil. Biz mətbuat etikasına zidd olaraq heç bir hüquqi və məntiqi əsası olmayan bu xəbərləri və şərhləri yayımlayanlara qarşı hüquqi tədbirlər görəcəyik”.
Türkiyə baş naziri Əhməd Davudoğlu silahlı qüvvələrin hərbi çevriliş şayələrini inkar etdiyinə görə təşəkkür etmiş və hərbi müdaxilələrin olduğu “köhnə Türkiyə”nin çox uzaqda olduğunu bildirib.
“Mən heç vaxt qəbul etmərəm ki, Türkiyə Silahlı Qüvvələri demokratik sistemimizdən kənardaymış kimi təqdim edilsin”.
Baş qərargah rəsi Hülusi Akarın açıqlama verməzdən əvvəl özü ilə məsləhətləşdiyini də vurğulayıb.
Lakin M.Rubin qeyd edib ki, baxmayaraq ordudakı zabit heyəti R.T.Ərdoğanı baş komandan, AKP-ni isə hakimiyyətdə olan partiya kimi qəbul edir, hərbi çevriliş yenə də məntiqlidir.
Rubin belə vurğulayır ki, “Türkiyə prezidentinin narahatlığı ona müxalifətdə ola biləcək və xaricdə Ərdoğan hökumətinin devrilməsini istəyən qüvvələrlə əlaqəsi olan yüksək rütbəli zabit heyətinə qarşı olmalıdır” .
Ankarada geniş siyasi əlaqələrə sahib mənbə bu həftə “Washington Times”-a deyib ki, hal-hazırda türk ordusunda hərbi çevriliş həyata keçirməyi bacaracaq heç kim yoxdur.
“AKP illər ərzində ordunu sakitləşdirib. Onlar 2000-ci illərin ortalarında bütün uğurlu generalları həbs edib və ya öldürüblər. Hərbi çevrilişin yeganə yolu ABŞ-dan açıq və real dəstəyin olmasıdır”.
Mənbə Vaşinqtonun hərbi çevirilişi yalnız uğur qazandığı təqdirdə dəstəkləyəcəyinin mümkün olacağını bildirib. “Buna əmin olmaq olar ki, ABŞ Ərdoğana qarşı hərbi çeviriliş olacağı halda onun hakimiyyətini bərpa etmək üçün barmağını belə qaldırmayacaq, amma ABŞ-ın hərbi çevirilişə gizli dəstək olacağını gözləmək sadəlövhlük olar”.
Erdemir hərbi çevirilişin mümkünsüz olduğunu bildirir.
Vaşinqtonda yerləşən “Sidar Global Advisors” araştırma və strateji konsultasiya şirkətinin rəhbəri və Türkiyədə müxalifət partiyasının üzvü Cenk Sidar “Türkiyədə hərbi çevriliş səhifəsinin bağlandığı və bunun hal hazırda ölkəyə lazım olmadığını” deyib.
Sidar bunu da əlavə edir ki, “Ərdoğanın artan avtoritarizmi türklərin çoxunu inqilablar əsrində yaşayırmış kimi hiss etməyə sövq edir. Ancaq hakimiyyəti dəyişməyin yeganə yolu seçkilərdə qələbə qazanmaqdır.”
M.Rubin isə Misir hadisələrini nümunə gətirərək türk seçicilərin Ərdoğanın qaydalarını qəbul etməkdən məmnun olduqlarını bildirir.
“Washington Times”-a açıqlamasında isə: Türklər region dövlətləri arasında hüquqlarını müdafiə etməkdə zəif olduqlarını göstərirlər. Misirlilər öz hüquqlarını müdafiəsi üçün ayağa qalxmağa istəkli idilər, türklər isə baş verən hadisələrə qayğısız yanaşırlar.”
Sidar və Erdemir isə deyilənlərlə razılaşmırlar. Erdemir bunları da əlavə edib ki: “Bizim müşahidə etdiyimiz isə odur ki, ABŞ və Aİ-nin Ərdoğan və avtoritar fəaliyyətini görməzdən gəlməsi Ərdoğana qarşı dəfələrlə etirazlara qalxmış türk xalqına zərbə vurur.
Türmələrdə, məhkəmələrdə “prezidenti təhqir etdiyinə” görə və başqa “səbəblərdən” minlərlə elm adamları, jurnalistlər və sadə vətəndaşlar var, bununla belə ölkənin hər yerində etirazlar var. Türk xalqı Ərdoğana boyun əymir.”
Sidar isə belə deyib: “Türk xalqının etiraz etmədiyini demək düz olmaz. Xalq etirazlarını siyasi dəyişikliklər həyata keçirməyə yönləndirmək isə siyasi partiyaların işidir ve bu hələki baş verməyib”.
Tərcümə: Orxan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun