Ərdoğan Fuat Avnini axtarır

Ərdoğan Fuat Avnini axtarır
18 İyul 2016
Mətni dəyiş
Ankara baş prokurorluğunda hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində prezidentin baş hərbi müşaviri, polkovnik Ali Yazıcı ilə yanaşı prezident müşavirliyində olan 4 polkovnik və 1 mayorla bağlı da həbs qərarı verilib.
Prezident Ərdoğanın ən yaxınında olan bu 6 zabit 15 iyun çeverilişində qiyamçıların TRT-də oxunan mətninin baş nazirin iqamətgahı Çankaya və prezident sarayı Ak Sarayda hazırlayan insanlar olduğu müəyyənləşib. Eyni zamanda polis bu 6 zabitdən biri və ya hamısının twitter fenomeni "Fuat Avni" olub-olmadığını da araşdırmağa başlayıb.
Prezident Erdoğan və baş hərbi müşavir Ali Yazıcı
TRT basqını
Qiyamçı zabitlərin çevriliş cəhdinin qarşısının alınmasından sonra açılan cinayət işi çərçivəsindən həbs olunan baş hərbi müşavir, polkovnik Ali Yazıcının həbs olunmasının detallarını Türkiyənin Sözcü dərgisi araşdırıb, tapıb.
Polis yerli vaxtla gecə saat 23:45-də TRT-yə basqın edərək silah gücünə oxunan çevriliş elanını araşdırıb. Məlum olub ki, mətnin hazırlanması baş nazirin iqamətgahı Çankaya Köşkündə və prezident iqamətgahı Ak Sarayda baş tutub. Fuat Avni onlardı?
Hərbi çevriliş mətninin prezidentin hərbi müşavirləri tərəfindən yazıldığını tapandan sonra prokururluq bu şəxslərin Ərdoğanın "kişisənsə çıx ortaya" dediyi "Fuat Avni" olub-olmadığını araşdırır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun