Romada ilk qadın mer seçilə bilər

Romada ilk qadın mer seçilə bilər
19 İyun 2016
Mətni dəyiş
Roma bələdiyyə seçkilərinin ikinci tur səsvermələrində ilk qadın mer seçilə bilər.
BBC-nin verdiyi məlumata görə, müxalif Beş Ulduz Hərəkatından olan Virginia Raggi solçu Demokrat Partiyasından (DP) Roberto Giachetti-yə rəqib kimi görünür.
Onun qələbəsi İtaliyanın baş naziri Matteo Renziyə də zərbə olar.
Çünki, onun DP partiyası İtaliyanın maliyyə kapitalı Milanda gücünü itirə və Turin və Bolonya şəhərində isə ciddi qarşılaşma ilə üzləşə bilər.
37 yaşlı xanım Raggi vəkildir. O, iki həftə əvvəl ilk turda səslərin 35 faizini qazanıb, cənab Giachetti isə cəmi 24 faiz səsə yiyələnə bilib.
Müxbirlər deyirlər ki, Romada qələbə, qloballaşmaya qarşı olan Beş Ulduz Hərəkatına 2018-ci ildə parlament seçkiləri üçün platforma verə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun