Serbiyada seçkiləri qərbpərəst qüvvələr udub

Serbiyada seçkiləri qərbpərəst qüvvələr udub
25 Aprel 2016
Mətni dəyiş
Aprelin 24-də Serbiyada keçirilən parlament seçkisində avropapərəst partiyalar qalib gəlib.
Azadlıq Radiosunun verdiyi məlumata görə, həmçinin nəticələr, rusiyapərəst millətçi partiyaların da 2012-ci ildən bu yana ilk dəfədir ki, parlamentə düşdüşklərini göstərir.
Mərkəzi seçki komissiyasının məlumatına görə, baş nazir Aleksandar Vucicin “Serbiya Tərəqqipərvər Partiyası” 48, onun müttəfiqi olan “Sosialist Partiyası” isə 11 faiz səs toplayıb.
“Radikal Partiyası” 8, DSS-Dveri partiyası isə 5 faiz səs toplaya bilib.
Amma bu hər iki partiyanın 250 yerlik parlamentə düşməsinə imkan verir.
3 avropapərəst müxalifət partiyası isə parlamentə düşmək üçün lazım olan 5 faizlik həddi aşa bilməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun