Rusiyanın sıxıntılı iqtisadiyyatı

Rusiyanın sıxıntılı iqtisadiyyatı
21 Aprel 2016
Mətni dəyiş
«Foreign Affairs» dərgisində Sergei Guriev Rusiya iqtisadiyyatının indiki durumunu təsvir edir və Kremlin iqtisadiyyatın stimullaşdırılması üçün gərəkən addımlarından söz açır.
Müəllif köhnə bir zarafatı yada salır. 1990-cı illərin ortalarında Britaniyanın Baş naziri John Major Rusiya prezidenti Boris Yeltsin-dən xahiş edib ki, ölkə iqtisadiyyatını bir sözlə xarakterizə etsin. «Yaxşıdır», - Yeltsin deyib. Major əlavə bilgi almaq arzusuyla iki sözlü təsvir istəyib. Yeltsin qayıdıb ki, «yaxşı deyil».
«Bu zarafat öncəgörmə idi. Son 25 ildə Rusiya iqtisadiyyatı «yaxşı» və «pis» arasında var-gəl edib. 1990-cı illərdə Rusiyada ÜDM 40 faiz düşüb. 1999-2008-ci illərdə isə hər il orta hesabla 7 faiz artıb. Son bir neçə ildə durum yenidən pisləşib», - yazan müəllif Moskvanın ziyanın yarısından qayıtmasının mümkünlüyünü də vurğulayır. Məsələn, Ukraynada zorakılıq dayandırıla bilər, artımı hədəfləyən, bazaryönlü siyasət yürüdülə bilər. «Ancaq prezident Vladimir Putin iqtisadiyyatda islahatlar vədinə əməl etmədi. Moskvada status-kvonu dəyişməyə meyl göstərənlər azdır. Bədəlini isə sıravi rusiyalılar ödəyir».
Yazıda Rusiya iqtisadiyyatına 3 əngəldən söz açılır – dərin korrupsiya, hüququn aliliyin zəifliyi, monopoliyalar; neftin ucuzlaşmasının vurduğu zərbə; Ukraynanın Krım vilayətinin ilhaqına görə Qərbin qoyduğu sanksiyalar.
«Rusiya, hələ də, bəzi addımlar ata bilər. Bir variant hökumətin sərt qənaət tədbirlərinə keçməsi, büdcə xərclərini azaltmasıdır. Ancaq kəməri sıxmaqdan yorulmuş rusiyalılar bunu dəstəkləməyə bilərlər. Rusiya Ukraynada münaqişəni bitirməklə Qərbin sanksiyaları qaldırmasına da nail ola bilər. Rusiya qlobal bazarlara re-inteqrasiya edə bilsə, Moskva defisiti xarici kreditlərlə ödəyər, iflas riskindən qurtular. Uzunmüddətli perspektivdə isə dərin struktur islahatlar aparılmadan Rusiyada iqtisadi artım mümkün görünmür», - müəllif yazır.
azadliq.org
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun