Neft qiymətləri yenidən 30 dollara düşəcək?

Neft qiymətləri yenidən 30 dollara düşəcək?
19 Aprel 2016
Mətni dəyiş
Əksər neft ixrac edən ölkələr ümid edirdilər ki, Doha görüşündən sonra neft qiymətləri qalxacaq və onlar neftdən asılı iqtisadiyyatlarını ayaqda tutmaq üçün maliyyət resurslarını artıra biləcəklər. Amma gözlənildiyinin tam əksi oldu. OPEC və başqa neft istehsal edən ölkələrinin Qatarın paytaxtındakı görüşündən bir nəticə çıxmadı. Görüş bitəndən sonra isə neft qiymətləri yenidən düşməyə başladı.
Qubad-11111
Doha görüşü ilə bağlı fikrini bildirən İqtisaqdçı ekspert Qubad İbadoğlu Doha toplantısının nefti bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdıracağını deyir. "Bu gedişlə neft qiymətləri 30 dollaradək enə bilər. Altı saat gec başlayıb 8 saata qədər davam edən neft ixrac edən ölkələrin toplantısının Doha raundu gözlənildiyi kimi nəticəsiz oldu. Bu toplantında 6 ay müddətində neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaq təşəbbüsü ilə çıxış edən Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələr istədiyi qərarı ala bilmədiyindən daha pis duruma düşdülər. Nəticədə də dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi".
Ekspert həmçinin İranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha açınacaqlı görsəndiyini bildirir: "Belə ki, 2017-ci ilin martınadək gündəik ixracatını 4 milyon barellə çatdırmaq istəyən İran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər. Bu ölkədə yanız son 1 ayda xam netin ixracatında 600 min barel artım qeydə alınıb. Hazırda gündə 10,4 miyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barelə çatdıra bilər. Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə uculaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə qısa müddətdə neftin 1 bareli 35 dollaradək uculaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də vardır".
Sonda Qubad İbadoğlu deyir ki, Azərbaycan hakimiyyəti ləngimədən iqtisadi islahatlar həyata keçirməlidir:"Bu toplantı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti neftə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır. Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir".
Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun