Metropoliten keçən ili də zərərlə işləyib

Metropoliten keçən ili də zərərlə işləyib
22 Aprel 2016
Mətni dəyiş
"Metropoliten ili 28 mln. 305,023 min manatlıq zərərlə başa vurub"
"Bakı Metropoliteni" QSC 2015-ci ilin maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb. APA-nın məlumatına görə, 2014-cü il ilə müqayisədə ötən il Bakı metrosunun cəmi aktivləri 10,75% artaraq 2 mlrd. 226 mln. 770,658 min manat olub.
Hesabat dövrünə QSC-nin cəmi uzunmüddətli aktivləri 2 mlrd. 147 mln. 152,700 min manat, cəmi qısamüddətli aktivləri isə 79 mln. 617,958 min manat təşkil edib.
2015-ci ilin dekabrın 31-ə "Bakı Metropoliteni"nin uzunmüddətli debitor borcları 2 mln. 784,289 min manat, uzunmüddətli kreditor borcları 1 mln. 678, 683 manat olub.
Son 1 ildə qurumun cəmi öhdəlikləri 55,58% azalaraq 94 mln. 918,899 min manata düşüb. Ümumiyyətlə, hesabat dövrünə "Bakı Metropoliteni"nin cəmi uzunmüddətli öhdəlikləri 17 mln. 421,018 min manat, cəmi qısamüddətli öhdəlikləri isə 77 mln. 497,881 min manat olub.
Hesabat dövründə QSC-nin nizamnamə kapitalı 18,67% artaraq 2 mlrd. 373 mln. 140 min 514 manat təşkil edib.
"Bakı Metropoliteni" ötən ili 28 mln. 305,023 min manatlıq zərərlə başa vurub.
 
Sərnişin daşımadan 43 milyon manat qazanıb
"Bakı Metropoliteni" QSC 2015-ci ildə sərnişindaşıma sahəsində satışlardan 43,005 mln. manatlıq gəlir əldə edib.
Bu məbləğ 2014-cü illə müqayisədə 2,23% çoxdur.
QSC sair əməliyyatlardan 9,563 mln. manatlıq gəlir əldə edib ki, bu da bir il öncə ilə müqayisədə 4,2 çoxdur.
Hesabat dövründə Bakı metrosu 7,661 mln. manatlıq elektrik enerjisi, 130,157 min manatlıq qaz istifadə edib.
Hesabata əsasən, ötən il QSC-nin işçi heyətinə 42,779 mln. manatlıq xərc çəkilib ki, bu da il ərzində 0,23%-lik və ya 104 min 992 manatlıq azalma deməkdir.
Abzas.net
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun