Daha bir dövlət qurumunda kütləvi ixtisarlar

Daha bir dövlət qurumunda kütləvi ixtisarlar
22 Aprel 2016
Mətni dəyiş
Azərenerjinin sədri Etibar Pirverdiyev martın 16-da yeni əmr imzalayıb. Əmrə əsasən qurumun idarə aparatının tərkibindəki "Enerjinəzarət İdarəsi", "Əməyin Təhlükəsizliyi Xidməti" və "Yanğından Mühafizə Xidməti" ləğv edilib. Onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki Şərtlərin Verilməsi Xidməti və Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik, Yanğından Mühafizə və İstismara Nəzarət Xidməti yaradılsın. Bu barədə Azadlıq qəzetinə məlumat daxil olub. (ardı aşağıda)
etibar pirverdiyev ilham eliyev
Etibar Pirverdiyevin bu əmrilə qurumda kütləvi ixtisarlar baş verib. Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradalına strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub.
Onu da qeyd edək ki, "Azərenerji"də bayramlarda işçilərə verilən 105 manat 52 manat 50 qəpiyə endirilib. Bayramların sayı da azaldılıb. Indi "Azərenerji"də çalışanlar həmin pulu yalnız Energetika və Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində alırlar. Bundan başqa məzuniyyət vaxtı həmkarların xəttilə verilən pul da ləğv olunub. Beləliklə, göründüyü kimi hakimiyyətin yeni iş yerləri ilə bağlı kampaniya tamamilə fiaskoya uğrayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun