Akif Çovdarov Tağı Əhmədovdan təhdidlə 3 milyon alıb

Akif Çovdarov Tağı Əhmədovdan təhdidlə 3 milyon alıb
23 Aprel 2016
Mətni dəyiş
MTN-nin həbsdə olan generalı keçmiş metropoliten rəisini nə ilə şantaj edib?
Baş prokurorluqda MTN-in keçmiş idarərəisi, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının ən qorxunc simalarından biri olan general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirməkeçirilib. Bu haqda virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat əldə edib.
Məlumata əsasən iki gün əvvəl, aprelin 22-də Akif Çovdarov Səbail rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbail rayon Icra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərəəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb.
Ən maraqlı epizod isə Akif Çovdarovun haqqında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayətidir. Istintaq orqanlarındakı mənbənin bildirdiyinə görəT.Əhmədov Akif Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub.
455335c022f2  
Gözlənilir ki, yaxın günlərdə Tağı Əhmədov da Akif Çovdarovla üzləşdiriləcək. Məlumata görə Tağı Əhmədov şikayətində göstərib ki, Akif Çovdarov onu şantaj edib və həbslə hədələyib, habelə bütün yaxın qohumlarına, o cümlədən Nizami rayon məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib.
Tağı Əhmədov isə modern.az-ın əməkdaşının məsələ ilə bağlı sualına cavab verməkdən imtina edib.
Qeyd edək ki, bu məlumat sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib. Sosial şəbəkəistifadəçiləri Akif Çovdarovun cinayət əməllərini tənqid etməklə yanaşı, haqlı olaraq sual edirlər ki, Tağı Əhmədovda 3 milyon manat pul hardandır?
Tağı Əhmədovun Akif Çovdarovdan ehtiyat edərək onun dediyini yerinə yetirməsi isəkeçmiş metropoliten rəisi barədə MTN-də ciddi kompromatın olduğunu deməyə əsas verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun