Ukraynalı pilot azadlığa buraxıla bilər

Ukraynalı pilot azadlığa buraxıla bilər
20 Aprel 2016
Mətni dəyiş
Ukrayna və Rusiya ukraynalı pilot Nadejda Savçenkonun Ukrayna məhkəməsi tərəfindən məhkum olmuş iki rus zabitinə dəyişdirilərək azad edilməsinə dair razılıq əldə edib.
VOA-nın xəbərinə görə həm Kiyev, həm Moskva bazar ertəsi günü Ukrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti zamanı Savçenko və Rusiya zabitləri Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev haqda danışdıqlarını təsdiq edib.
Bu gün Kiyevdə müxbirlərlə danışan Poroşenko deyib ki, ilkin hazırlıqlara əsasən, onun fikrincə, pilotun azad edilməsinə imkan verəcək müəyyən həllə dair razılıq əldə edilib.
Poroşenko bildirib ki, o, xarici işlər və ədliyyə nazirlərinə Savçenkonun vətənə ən yaxın zamanda qayıtmasını təmin edəcək "hazırlıq mexanizmləri" üzərində işləmələri haqda göstəriş verib.
Yevgeni Yerofeyev (solda) and Aleksander Aleksandrov(sağda)
Yevgeni Yerofeyev (solda) and Aleksander Aleksandrov(sağda)
Rusiya məhkəməsi keçən ay 34 yaşlı Nadejda Savçenkonu Ukraynanın şərqində iki Rusiya jurnalistinin ölümündə iddia edildiyi kimi roluna görə 22 il həbs cəzasına məhkum edib.
Kiyev Savçenkonun müharibə əsiri olduğunu bildirirərək, onun dərhal azad edilməsini tələb edib.
Ukrayna məhkəməsi bazar ertəsi Aleksandrov və Yerofeyevi 14 il müddətinə həbsə məhkum edib. Onlar keçən ilin may ayında Ukraynaya qarşı müharibədə iştirak etməkdə ittiham edilib.
Rusiya isə Ukraynanın şərqinə hərbi qüvvələr göndərdiyini dəfələrlə inkar edib. Moskva iki zabitin Rusiya silahlı qüvvələrindən tərxis olunduqdan sonra münaqişəyə könüllü kimi qoşulduqlarını iddia edir.
Abzas.net
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun